Zamiq dostunun sevgisini ekranlaşdırdı

Zamiq dostunun sevgisini ekranlaşdırdı
6274 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynov yeni layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, sənətçi musiqisi özünə, sözləri İsmayıl Əsədov və Ayşən Məmmədovaya məxsus "Var ol" adlı mahnını ekranlaşdırmaq qərarına gəlib.

Zamiq bir neçə obrazda kamera qarşısına keçib. Sənətçi ekran işinin rejissorluğunu da özü edib:

"Klipin rejissorluğu da mənə aiddir. Bu o demək deyil ki, özümü rejissor kimi sınayacam və kliplər çəkməyə başlayacam. Yox. Amma mənə elə gəlir ki, özüm özümü daha yaxşı görürəm. Çox maraqlı və romantik bir klip ərsəyə gəlib. Ekran işi bir məkanda çəkilib. Bir neçə obrazda kamera qarşısına keçmişəm. Çox yaxşı kadrlar var. Yaxın dostumun hazırda yaşadığı sevgini canlandırmışıq. Gözəl bir ailəni, onların övladlarını, bu günə kimi yaşadıqlarını göstərdik".