Uşağının cinsiyyətini təxmin edənə hədiyyə verəcək

Uşağının cinsiyyətini təxmin edənə hədiyyə verəcək
4870 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktirsa Müge Boz “İkinci sayfa” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi hamiləliyi barədə açıqlamaları ilə diqqət cəlb edib.

O bildirib ki, uşağının cinsiyyəti barədə məlumatsızdır:

“Övladımın cinsiyyətini öyrənmədik. İstəyirik ki, doğulanda bilək. Bu, daha həyəcanlıdır. Həkim uşağın cinsiyyətini bir zərfə yazıb qoyub. Yanımızda daşıyırıq, amma açıb baxmırıq. Bu, bizim üçün önəm daşımır. Amma çoxlu şirniyyat yeyirəm, bəlkə də oğlum dünyaya gəldi. Hədiyyə almaq istəyirlər, amma cinsiyyəti bilmirlər deyə, nə alacaqları naməlumdur. Uşağımızın cinsiyyətini düzgün təxmin edənə hədiyyə verəcəm”.

Qeyd edək ki, aktrisa türkiyəli basketbolçu Caner Erdenizlə evlidir.

Onu da bildirək ki, Müge Boz sonuncu dəfə Azərbaycanda filmə çəkilib.