Acun nə qədər maaş alır?

Acun nə qədər maaş alır?
6402 dəfə oxunub
  • A-
  • A
  • A+

TV8-in rəhbəri, prodüser Acun Ilıcalı "Söylemezsem olmaz" proqramına qatılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatı haqda səmimi açıqlamalar verən Ilıcalı maaşı və hazırkı peşəsi ilə bağlı sualı da cavablandırıb:

"Prodüserliyi çox sevirəm. Peşəyə müxbirliklə başlamışam. Sonra isə işi böyütdüm. Yaxşı qazanıram. Maaşımı hesablamağa isə 6 saata qədər vaxt lazımdır".

Uşaqları çox sevdiyini söyləyən prodüser 5-ci dəfə ata ola biləcəyini də istisna etməyib.

"Ərköyün uşaqlara səbrim çatmasa da, qızlarıma qarşı duyğularım fərqlidir. Doğrudur, beşinci uşağı planlaşdırmıram. Ancaq niyə olmasın ki?" deyə, o, bildirib.