"İstədiyim kimi geyinərəm, qarışmayın"

"İstədiyim kimi geyinərəm, qarışmayın"
5018 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən çox qazanan modelleri siyahısında birinci olan Cici Hadid geyimi ilə bağlı yazılanlar qarşısında nəhayət ki, səssizliyini pozub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Tvitter" hesabında bununla bağlı paylaşım edən model tərzini tənqid edənlərə od püskürüb.

"Küçədə siz məni bəyənəsiniz deyə gəzmirəm. Paltarlarım və tərzimlə bağlı şikayətləriniz düşüncələrimi dəyişdirməyəcək. Hamınız qadınları güclü görmək istədiyinizi deyirsiniz. Mən bədənini göstərən və göstərməyən bütün qadınları dəstəkləyirəm. Bu mənim seçimimdir, istədiyim kimi geyinirəm və özümü cəlbedici hesab edirəm. Sizin düşündüklərinizin mənim üçün önəmi yoxdur" deyə, o, qeyd edib.