Aysel anası ilə fotosunu paylaşdı: "Yanında olmasam da..."

Aysel anası ilə fotosunu paylaşdı:  "Yanında olmasam da..."
2131 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Aysel Əlizadə anası ilə fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçi anasının ad günü olduğunu vurğulayıb və onu təbrik edib:

"Canım anam, Allah sənə can sağlığı versin. Sən çox yaxşı anasan - qayğıkeş, övladları üçün son nəfəsinə qədər əziyyətlərə qatlaşan, bizi biz edənsən. Allah səni arzularına çatdırsın. Onların nə olduğunu bilirəm. Allah nəsib etsin, onu gerçəkləşdirim.

Həyatda ən dəyərli və güvəndiyim sirdaşımsan. Əziyyətindən heç vaxt çıxa bilmərəm. Yanında olmasam da, ürəyimdəsən. Məsafələr heç nəyi dəyişmir".