“Öpüşmək küftə kimidir”

“Öpüşmək küftə kimidir”
2880 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bir şey diqqətimi çəkdi. Qadın və kişi əl-ələ tuturlaR, qaçırlar, saçlarını külək darayır. Sonra bir yaxınlaşma olur. Kişi qadını yavaşca yerə - çəmənin üstünə uzadır. Öpüşəndə kamera sürüşür və qadının əli çəmənləri yolur. “Görəsən, nə olur?” deyə, fikirləşirdim”.

Axşam.az xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Müjde Ar seminarların birində filmlərdəki sevişmə səhnələri haqda danışarkən deyib.

O, sözlərinə belə davam edib:

“Bir də çəmənin üstünə qırmızı gül düşürdü. Kiçik olanda anlamırdım. Sonradan başa düşdüm və dedim ki, mən çəmən yolmayacam, nədirsə, o da olacaq. Çox vaxt soruşurlar ki, sevişmə səhnələrində nə olur? Heç nə olmur. Nəticədə eqoları yüksək olan aktyorlar iş üçün bir araya gəlirlər. “Gözünü bağlayanda öpüşərkən nə hiss edirsən” deyə, sual verirlər. “Mənə nə? Öpüşmək küftə kimidir. Nə hiss edəcəm ki?” deyirəm”.