Roza Elzanı "tanımadı" - Qalmaqal böyüdü

Roza Elzanı "tanımadı" -  Qalmaqal böyüdü
1490 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasındakı qalmaqal daha da alovlanıb.

Axşam.az xəbər verir ki, "ATV maqazin onlarla" verilişində Seyidcahanla bağlı suala Roza belə cavab verib:

"Kimlə? Tanımıram. İstəyirsiz onları gündəmə gətirim? Onlar üçün şərəf olar. Çaşırlar, sonra da peşman olurlar".

Elzanın Zərgərliyə cavabı da gecikməyib. O, "Allah sevə-sevə yaratdığı şah əsər, qarşınızda durub. Hələ doğulmayıb, tanıyacaq da. Elza bu gün yox, əsrlərlə yaşayacaq" deyə, bildirib. 

Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala Rozanın mərhum Xalq artisti İlhamə Quliyevanın kürsüsünə keçmə istəməsi səbəb olmuşdu. Elza sənətçiyə "İşinlə, bədən formanla məşğul ol" sözlərini deyib.