“İkinci dəfə ana itkisi gördüm”

“İkinci dəfə ana itkisi gördüm”
3429 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bir neçə gündür ki, ürəyim çox ağrıdı, kədərli oldum. Dərdimə şərik oldunuz, çox sağ olun”.

Axşam.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə xalasını itirən müğənni Şəbnəm Tovuzlu yazıb.

İfaçı hisslərini izləyicilərlə bölüşüb:

“İkinci dəfə ana itkisi gördüm. Bir yaşımda doğma anamı itirəndə onu hiss etməmişəm, acı yaşamamışam. Lakin o vaxtdan indiyədək məni bağrına basıb, illərini, həyatını mənə həsr edən anamı itirmək çox ağır gəldi. Gözüm yaşlı oldu, ürəyim yandı. Əziyyətimi çox çəkdi. Amma ölənlə ölünmür. Balalarım üçün üzüm gülməlidir. Bilirəm ki, kədərimi ürəyimdə yaşatmalıyam. Allah anasız qızlara səbr versin...”.