“New Scientist” dərgisində yayımlanan məlumata görə ABŞ-da süni zəka vasitəsilə insanların ürək döyüntüsünün qrafikinə (EKG) nəzər salınaraq nə vaxt öləcəyi təxmin edilir.

Axşam.az xəbər verir ki, ancaq süni zəkanın özəlliyi “Bu, nə qədər etikdir” sualı ilə qalmaqal yaradıb.

Bildirilir ki, EKG nəticələrinə baxaraq, insanların yaxın zamanda öləcəyini həkimlərdən daha yaxşı təxmin edir.

Məqalədə bildirilir ki, Pensilvaniyada alimlər 400 min nəfərin 1,77 milyon EKG nəticəsini süni zəka vasitəsilə incələyib. EKG-nin nəticəsinə əsasən, bəzi xəstələrin bir il içərisində ölməsi düzgün təxmin edilib.

Süni zəkanın nəyə əsasən nəticəni hesablaması isə uzmanların bu vasitə ilə müalicəyə şübhə ilə yanaşmasına zəmin yaradır.



Xəbər lenti