“Atlar” 20 min 50 manata satıldı - Fotolar

“Atlar” 20 min 50 manata satıldı - Fotolar
4241 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 7-də Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı incəsənət əsərlərinin növbəti auksionu keçirilib.

Axşam.az xəbər verir ki, hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda-yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri çıxarılıb.

Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış “Atlar” əsəri 20 min 50 manata alıcısını tapdı. Budəfəki auksionun ən bahalı əl işi olan “Atlar” əsərini iş adamı İsgəndər Xəlilov satın aldı.

Rəssam, heykəltəraş Mahmud Rüstəmovun ilkin qiyməti 5 min 600 manat olan, qranit, bürünc və qızıldan hazırlanmış “Qadın müxtəlif əhvallarda” əsərini isə 5 min 610 manata başqa bir şəxs əldə etdi.

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilk qiymətləri 2500-20 min manat arasında təyin olunub.