Mərhum aktrisa cənazəsinin yandırılmasını vəsiyyət edib

Mərhum aktrisa cənazəsinin yandırılmasını vəsiyyət edib
4630 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Yıldız Kenter ötən gün 92 yaşında dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, onun bir neçə il öncə verdiyi açıqlamada cənazəsinin yandırılmasını vəsiyyət etdiyi ortaya çıxıb.

"Cənazəmi yandırmalarını istəyirəm. Bunun da səbəbi var. Qəbiristanlıqlar doludur, yer yoxdur artıq. Onsuz da bir gün bunu etməyə məcbur olacaqlar" deyə, o, müsahibəsində bildirmişdi.

Mərhumun vəsiyyətinin yerinə yetirilib-yetirilməyəcəyi isə hələlik məlum deyil.