Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib - Yenilənib

Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib - Yenilənib
18238 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Axşam.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Dilrubə Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən Dilrubə Vaqifzadə belə bir hadisənin yaşanmadığını bildirib:

"Bu, ailəmizə qarşı təxribatdır. Kimin belə bir informasiya yayması barədə Elçin araşdırma aparır".