Ekstrasens Aqil Məhərrəmovun Axşam.az-a müsahibəsi:

- Bir müddət əvvəl Moskvaya köçmək qərarı verdiyinizi bildirdiniz. Orada da məşhur olduğunuzu və işlərinizi Rusiyada davam etdirmək qərarı aldığınızı açıqlamışdınız. İndi isə səsiniz Türkiyədən gəlib. Orada fəaliyyətiniz davamlı olacaq?

- Hazırda Moskva-Azərbaycan və Türkiyədə fəaliyyət göstərirəm. Amma bu o demək deyil ki, köçəcəm İstanbula və burada qalacam. Ay ərzində 10 gün Azərbaycan, 10 gün Moskva və 10 gün İstanbulda olacam. Çünki burada da mənə tələbat olduğunu gördüm. Bura özbaşına gəlmədim. Çoxlu müraciətlər oldu deyə, gəldim və getdikcə müştəri artdı. Məcbur olub işimi burada da qurdum. Gələcəkdə nə olacağını bilmirəm. Fikirlərim dəyişikdir.

- Türkiyədə "Quality" dərgisində yer aldınız. Sizin üçün bu nə ifadə edir? Hansı fəaliyyətinizə görə sizi dərgiyə dəvət etdilər?

- Burada mənim haqqımda geniş material verdilər. Bu uğurlar məni də sevindirir. Peşəkarsansa, hansı ölkədə istəsən uğur qazanacaqsan. Amma peşəkar deyilsənsə, özünə güvənmirsənsə, heç yerdə bir iş görə bilməyəcəksən. Türkiyədə məşhur bir modelyerlə görüşmüşdüm. Adı Zeynəbdir, ona dediklərimə təəccübləndi. O da dərginin rəhbərinə dedi. Çünki yaxın dostular. Beləcə, müsahibə də alındı.

 

- Hətta qardaş ölkədə mükafat da aldınız...

- "Üçüncü Türkiyə-Azərbaycan kardeşlik ödülleri" gecəsində qonaq oldum. Burada mənə mükafat verdilər. Təşəkkür edirəm. Nə deyə bilərəm, bu cür işlər məni ruhlandırır. İrəli getmək üçün həm özün, həm də birlikdə işlədiyin komanda peşəkar olmalıdır. 

- Eşitdik ki, Türkiyədə bir neçə məşhurla bir araya gəlib, onlar üçün də görücülük etmisiniz. Hətta Banu Zorlu ilə dostsunuz və onu dediklərinizlə şoka salmısınız. Sir deyilsə, nə demişdiniz?

- Bunu açıqlaya bilmərəm. Çünki şəxsi həyatı ilə bağlı sirlərdir. Banu Zorlu konsert verəcəkdi, ləğv edilməli idi. Böyük miqdarda ziyana düşəcəkdi. Qorxurdu. Dedim, narahat olma, həll ediləcək. Hər işi düzəldi, necə demişdimsə, elə də oldu. Türk ifaçılar çox kaprizlidir. Onu şoka salacaq bir sözüm olmasaydı, mənimlə dostluğu davam etdirməzdi.

- Tək işbirliyiniz olan məşhur Banu Zorlu olmayıb. Bilirik ki, bir neçə tanınmışla da görüşmüsünüz. Onlara nə dediniz ki, sizə güvəndilər?

- Adlarını çəkə bilmirəm, çünki gizli qalmasını istəyiblər. Onları tanımadan, keçmiş həyatında olan, mediadan belə gizlətdiklərini açıb demişəm. Onun şəxsi həyatı ilə bağlı elə sir açmışam ki... Hətta tarixləri də düz demişəm. Ona görə də gələcəklə bağlı proqnozlarıma da inandılar. Bir insana keçmişindən olan nəyisə deməlisən ki, gələcək proqnozlarına da inana bilsin.

 

- Qorxmursuz ki, Türkiyədəki ekstrasenslər sizin işlərinizi burmağa çalışar? Qardaş ölkə olsaq da, siz İstanbulda bir əcnəbisiniz və çoxlarının müştərilərini əlindən almısınız...

- Heç bir ekstrasensdən qorxmuram. Mənə edəcəkləri varsa, görəcəkləri də var. Həm də elə şeydən qorxsaydım, Moskvada fəaliyyət göstərməzdim.

 

- Türkiyədə görücülərə nə qədər tələbat var? Ən çox insanlar hansı problemlərlə bağlı müraciət edirlər? 

- İstanbulda çox tələbat, hətta maraq var. Burada məşhurlar bizimkilərdən fərqlidir. Onlara nəsə deyəndə, etiraf edirlər. Bizimkilərə nə desən də, gizlədirlər. Deyirlər, sən yalan deyirsən, mən etməmişəm.

Dünyanın hər yerində olduğu kimi burada da sevgi və pul üçün gəlirlər. Onlar biznes quranda aldadılmaqdan qorxurlar. Gəlirlər ki, güvənə bilərlər, ya yox.

- Türkiyədə sizdən daha çox xristian magiyası istəyirlər...

- Bir şey haqqında çox sual verirlərsə, demək maraqlıdır. Xristian magiyası ilə məşğul olan Türkiyədə azdır. Burada müsəlman magiyası ilə məşğul olurlar. Bunlar arasında böyük fərq var. Xristian magiyası daha güclüdür. Nəticəsi tez olur. Onu etmək üçün böyük güc lazımdır. Onun sayəsində də tez effekt görürsən. Xristian magiyası ilə 99 faiz iş görmək mümkündür.   

- İndi belə çıxır ki, Aqil Məhərrəmov Azərbaycanı birdəfəlik tərk edəcək?

- Tərk etmək fikrində deyiləm, bəziləri sevinməsinlər. Tələbat olduğu müddətdə, insanlara yardım edəcəm. Tək Azərbaycan yox, Türkiyə və Moskvada da fəaliyyətimi davam etdirəcəm. Söz yayılıb ki, guya, köçürəm Bakıdan. Bunlar mənim işimə mane olmaqdır. Yalan şayiələrdir.

 



                 

Xəbər lenti