10 ay əvvəl ayrılan Zayn Malik və Cici Hadidin yenidən bir araya gəldiyi iddia edilib.

Axşam.az xəbər verir ki, 2016-cı ildə "Pillowtalk" klipinin çəkilişlərində tanış olub, eşq yaşayan cütlük 3 ildir dəfələrlə küsüb-barışıblar.

İlin əvvəlində nişanlandıqları deyilən sevgililər işlərinin çoxluğuna görə bir müddət əvvəl ayrılıblar. 10 aydan sonra Cici və Zayn yenidən bir araya gəlib.

Yaxın dostları ingilis mediasına onların barışdıqlarını bildirib.

 
 
 
 
 
 


                 

Xəbər lenti