Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq.

Teatrdan Axşam.az-a verilən məlumata görə, bu münasibətlə hazırlanan “Şaxta Baba və Befan nənələr" adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.

Tamaşada Əməkdar artistlər Mətləb Abdullayev (Şaxta Baba), Əlvida Cəfərov (Şaxta Baba), Mehriban Xanlarova (Befan nənə-1), Sevinc Əliyeva (Befan nənə-3), Əminə Cəfərova (Panda), aktrisalar Fəridə Şahbazova (Qar Qız), Dilarə Nəzərova (Befan nənə-2), aktyorlar Vüsal Mustafayev, Elsevər Rəhimov (Şaxta nəvə 1), Ramin Şıxəliyev, Şahin Tağızadə (Şaxta nəvə-2), Elçin Hacıyev (Şaxta nəvə-3), Əlləz Əhmədov (Şrek), Vüsal Məmmədov (Ərincək), Firuzə Balayeva (Pinqvin) çıxış edəcək.

Yeni il tamaşası dekabrın 27-dən yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq. Biletlərin qiyməti 8 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılara hədiyyələr də daxildir.



                 

Xəbər lenti