Aparıcı Rövşanə Ağasəfqızı ilə Xalq artisti Məleykə Əsədova arasında efir zamanı gərgin anlar yaşanıb.

Axşam.az xəbər verir ki, aparıcı "Səhər-səhər" verilişində teatrdakı vəziyyətin son vaxtlar acınacaqlı olduğunu deyib:

"Teatrlara getmirəm, küsmüşəm. Baxılası heç nə yoxdur".

Onun bu sözləri M.Əsədovanı əsəbiləşdirib. Aktrisa aparıcıya etiraz edərək, sərt sözlər deyib:

"Teatrımızda hər şey normaldır. Hər dəfə İnstaqramda paylaşıram, tamaşa zamanı zalda nə qədər adam var. Gənclər, ziyalılar gəlib bizə baxır. İstedad hamıda ola bilməz. Azər Paşa Nemətov əla rejissordur.

Ziyalıların gəlməməsi mənfidir. Gəlmək lazımdır".

Rövşanə isə "Azərbaycan teatrı təkcə sizdən ibarət deyil. Deyirsiz, mənə gəlib baxırlar. Hər şey siz deyilsiz. Teatrlar var ki, nə gündədir. Teatr deyən kimi, imkan vermir danışmağa. Azər Paşa Nemətova sözüm yoxdur. Bir dəfə efirimə teatr mövzusu qoydum, heç kim gəlmədi. Yazışmalar, danışıq səsləri də əlimdə var" cavabını verib.



Xəbər lenti