Fədayə və Tacir uzun illərdən sonra ilk dəfə efirə birlikdə çıxdı

Fədayə və Tacir uzun illərdən sonra ilk dəfə efirə birlikdə çıxdı
1640 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Fədayə Laçın "Söhbət var" verilişində həmkarı Manaf Ağayevlə birlikdə qonaq olub.

Axşam.az xəbər verir ki, proqram zamanı manaf Fədayəyə sürpriz hazırladığını bildirib. O, studiyaya Tacir Şahmalıoğlunu dəvət edib.

İlk dəfə efirə birlikdə qatılan duet ortaqları aralarındakı buzların əridiyini vurğulayıblar.

"Manaf, bunu əvvəldən deyərdin. Mənim böyük qardaşımsan, bu cür istədin, belə də olsun. Aramızda pis söhbətlər olmayıb" deyə, Fədayə söyləyib.

"Gözəl duetlər oxumuşuq. Birlikdə çörək kəsmişik. Niyə də duet yazdırmayaq? İstəmir, fikrinə də hörmətlə yanaşıram. Amma milləti tamarzı qoymağa haqqımız yoxdur" deyə, tacir əlavə edib.

Qeyd edək ki, Fədayə və Tacir bundan əvvəl toy məclisində də bir araya gəlmişdi.