Müğənni Xatun Əliyeva həmkarı Rüfət Axundovla yeni mahnısını təqdim edib.

Axşam.az xəbər verir ki, ifaçıların birgə səsləndirdiyi mahnı "Sənə qədər" adlanır. Klip bu gündən etibarən dinləyicilərinin istifadəsinə verilib.

“Rüfətlə uzun illərdir ki, ailəvi dostuq. Qərara gəldik ki, birgə duet ifa edək. Klipimiz gecə saatlarında lentə alınıb. İnanıram ki, dinləyicilərimiz həm klipi, həm mahnını çox bəyənəcəklər"

Qeyd edək ki, mahnının sözləri Sahiləyə , musiqi Pənah Eldara aiddir, Ekran işinin rejissoru İlham Yaşaroğludur.



                 

Xəbər lenti