Dünya şöhrətli aktrisa Ancelina Coli Londonda nümayiş etdirilən "Dear Evan Hansen" adlı müzıklı izləməyə gedib.

Axşam.az xəbər verir ki, sənətçi tamaşa sonrası aktyorlarla biraraya gəlib. Buradakı gənc aktyor Aleks Tomasla qarşılaşan Coli onun sürprizi qarşısında çaşqınlığa uğrayıb. Belə ki, gənc sənətçi Ancelinaya qolunda onun üzünün rəsmi olan döyməsini göstərib.

Aleks bu haqda sosial şəbəkədə paylaşım edib.

"Ona döyməmi göstərdim. Çox xoşuna gəldi. Məni öpdü və yenə izləməyə gələcəyini dedi. Artıq heç yerə getməyəcəyəm" deyə, o, bildirib.



Xəbər lenti