Hamiləlik zamanı ən çox nə yemək lazımdır?

Hamiləlik zamanı ən çox nə yemək lazımdır?
2387 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadınlar hamiləlik ərəfəsində yeyib-içdiklərinə fikir verməli, daha çox vitamin qəbul etməlidirlər.

Axşam.az xəbər verir ki, sağlam qidalanma uşağınızın da sağlam doğulmasına kömək edəcək.

Mütəxəssislər bildirir ki, hamiləlik zamanı bu 6 qidanı mütləq yeməlisiniz.

Taxıl məhsulları - taxıl tərkibli qidalar dəmirlə zəngindir. Səhər yeməyində yeyə, gözəl bir sendviç hazırlaya və ya axşam yeməyinə pəhriz düyüsü hazırlayıb qidalana bilərsiniz

Lobya - Lobyanın hər növü süfrənizdə mütləq olmalıdır. Yanına ət qoya və ya salatın tərkibinə əlavə edə bilərsiniz. Proteinlə zəngin olan lobya həm də kalsium və dəmir tərkiblidir.

Qıl balıq - omeqa ilə zəngindir. Körpənin beyin və gözləri üçün mütləqdir. Eyni zamanda proteindir və tərkibində B vitamini çoxdur.

Yumurta - Proteindir. İçərisində çox sayda vitamin və mineral var. Uşağın beyin inkişafı üçün önəmlidir. Lakin yeyərkən yaxşı bişməsinə diqqət edin.

Az yağlı qatıq - Bir stəkan az yağlı qatıq və süddən daha çox kalsium verir. Şəkər əvəzinə içərisinə quru meyvə tökün.

Giləmeyvələr - Hamiləlik zamanı böyürtkən, qarağat və moruq yeməyiniz mütləqdir. Həm dadlıdır, həm də vitaminlərlə zəngindir. Sizi çoxlu C vitamini ilə təmin edəcək.