Komediya filmlərinin yayımını dayandırdı

Komediya filmlərinin yayımını dayandırdı
1636 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12–də Nizami Kino Mərkəzinin repertuarına dəyişiklik edilib.

Axşam.az xəbər verir ki, Kinomərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxil olunub. Filmin seansları saat 13:10 və15-30-da keçiriləcək.

Seanslara giriş sərbəstdir.

Həmçinin, dekabrın 12-də Nizami Kino Mərkəzində komediya filmlərinin nümayişi dayandırılacaq.