"Anamın xəstəliyi daha da irəliləyib. Yaddaşını tamam itirib, indi heç məni də tanımır. Övladları qərar verdik ki, hərəmiz aparıb 15 gün ona baxaq".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "5/5" verilişində deyib. Muğam ifaçısı anasının səhhətindən bəhs edib. O, Şəkidəki evini buna görə satışa çıxardığını deyib:

"Köçdüm Şəkiyə. Atam dünyasını dəyişdi, anam təkdir. 81 yaşı var. Qarşıdan qış gəlir, çətin olur ora getmək. Uşaqların da məktəbi var. Əvvəl Bakıda qalmırdı, evini tanıyırdı. İndi evi də tanımır. Məcbur ata ocağını satırıq. Sahibsiz qalacaq. Ötən il evi qəşəng təmir etdirdim".

Xasıyeva evinə qoyulan qiyməti də açıqlayıb: 

"Qiymətləndirdilər, 75 min dollardır. 130 min manat nədir ki... Düşərli evdir, bütün nailiyyətlərimi orada qazanmışam. Satılsa, Bakıda bir bağ evi tikdirəcəm".



                 

Xəbər lenti