Divara yapışdırdığı ətə 7,2 milyard qiymət qoydu

Divara yapışdırdığı ətə 7,2 milyard qiymət qoydu
3933 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli məşhur qəssab Nüsrət Gökçə paylaşımı ilə diqqətləri yenə üzərinə çəkib.

Axşam.az xəbər verir ki, o, divara yapışdırdığı ətin fotosunu sosial şəbəkədə paylaşıb. Ət parçasına 7,2 milyard lirə qiymət qoyan Nüsrətin paylaşımı yarım milyondan çox bəyənmə alıb.

Qeyd edək ki, bir neçə gün öncə italyan rəssam Mauritsio Katelanın “Art Basel Miami Beach”də quruluş verdiyi “divara yapışdırılmış banan” əsərləri hərracda 120 min dollara satılıb.