Məşhur cütlüyün evi satışa çıxarıldı - Fotolar

Məşhur cütlüyün evi satışa çıxarıldı - Fotolar
2238 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzları Cennifer Eniston ilə Bred Pitin evli ikən yaşadıqları malikanə satışa çıxarılıb.

Axşam.az xəbər verir ki, Beverli Hillzdə yerləşən evin ümumi sahəsi 10 min kvadrat metrdir. 44,5 milyon dollara satışa çıxarılan malikanədə 5 yataq, 13 hamam otağı, fitnes zalı, tennis kortu, böyük basseyn var.

Qeyd edək ki, malikanə 1934-cü ildə inşa edilib. Onun ilk sakini isə "Oskar"lı aktyor Fredrik Març olub. Ulduz cütlük 2000-ci ildə evləndikdən sonra bu evə köçüb və 3 il burada yaşayıblar.