“O, gör nə boyda əziyyət çəkib – hər mövzuda. Heç kəs paxıllıqdan deyə bilməz ki, o, niyə birincidir? Həmişə deyirəm ki, onun çəkdiyi əziyyəti heç birimiz çəkməmişik. Bir nömrə olmalıdır da, bəs bir nömrə kim olsun?”.

Axşam.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində müğənni Xatirə İslam Xalq artisti Röya Ayxan haqda söyləyib.

O, həmkarlarının çoxunu düzgün oxumamaqda günahlandırıb:

“Azərbaycanda olan ifaçıların çoxu düzgün oxumur. Bu günədək necə oxumusunuz? Özümdə də bu çətinliyi görmüşəm. Qarından ifa etmək lazımdır, boğazdan yox. Biz başımıza boya qoyuruq, burnumuzu kəsdiririk, üzümüzə iynə vururuq. Bəs, bu səs niyə qocalmasın? Axı, o içəridədir, biz onu görmürük. Altı saat dayanmadan oxumaq – insan bunu etməməlidir”.

Müğənni bu yaxınlarda Türkiyədə səs həkiminə müraciət etməsi barədə də söz açıb:

“Səs həkimimə deyəndə ki, biz altı saat toyda oxuyuruq. O dedi ki, heç vaxt ola bilməz, səmimi olun. Həkim dedi ki, mən sənə nə edə bilərəm ki, sənin işin Allaha qalıb”.



                 

Xəbər lenti