İradəylə Röya barışdı

İradəylə Röya barışdı
2150 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Röya Ayxan iki ildir küsülü olduğu müğənni İradə İbrahimova ilə barışıb.

Axşam.az xəbər verir ki, sənətçi İnstaqramın “Story” bölməsində İ.İbrahimovanın “Kimdir günahkar?” adlı mahnısını paylaşaraq videoya onu da işarələyib.

İradə həmkarının jestini qarşılıqsız qoymayıb. O da, sözügedə videonu paylaşıb və səhifəsində bu sözləri yazıb:

“İnsanın həyatında gözəl şeylər olduqca, daha çox paylaşmaq, coşdurmaq, o gözəl hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Öz içindəki gözəlliklərə başqa birində rast gəlmək gözəl hissdir. Röya, üstümüz, başımız hüzura, sevincə bulansın. Parılda. Doğrudan, görəsən kimdir günahkar?”.

R.Ayxan isə İradəyə yenidən “Gəl, artıq tanış olaq” şərhi ilə cavab verib.

Qeyd edək ki, müğənnilər arasında dava “ATV maqazin onlarla” proqramında İ.İbrahimovanın  “Röya Türkiyədə ulduz ola bilməyəcək. Əbəs yerə pul xərcləyir” açıqlamasından sonra yaranmışdı. Tərəflər bir-birinin ünvanına ağır sözlər işlətmişdi.