Dərini daha da gözəlləşdirmək üçün isə evdə bu prosesləri etmək məsləhətdir.
Quru və qarışıq dəri üçün maska:
Yarım ədəd banan, 2 yemək qaşığı bal və bir çay qaşığı zəncəfil tozunu qarışdıraraq məhlul halına salın. Maskanı 30 dəqiqə üzünüzdə saxladıqdan sonra soyuq su ilə yuyun.
Yağlı və parlaq dəri üçün maska:
1 qəhvə stəkanı qazlı su ilə alma sirkəsini qarışdırın. Səhər və axşam pambıq vasitəsi ilə üzünüzə vurun. Yarım saat gözlədikdən sonra ılıq su ilə dərinizi təmizləyin.