Nigarın bayramdan sonra arıqlama məsləhətləri

Nigarın bayramdan sonra arıqlama məsləhətləri
4580 dəfə oxunub
  • A-
  • A
  • A+

Bayramda yediyimiz növbənöv qidalar çəkimizdə artım olmasına gətirib çıxarıb. Masada gördüyümüz dadlı təamlar pəhrizimizi pozmağa səbəb olur.

Axşam.az bayram günü yığdığımız artıq çəkini atmaq üçün "JV fitnes center"in məşqçisi Nigar Dadaşevanın məsləhətlərini təqdim edir:

İlk növbədə həftəsonu soyuducunuzu yaxşıca təmizləyin.

1. Yağlı, qızardılmış, duzlu, şirin, xəmir və tərkibində spirt olan bütün qidalardan xilas olun. Bu qidalar orqanizmdə su toplayır və bədənə şişkinlik verir.

 

2. Qida rasionunuza tərəvəzlər, meyvə, yağsız ət, dəniz məhsulları, dietik süd məhsulları və turş qidalar daxil edin. Onlar metobolizmi artırır, mədə-bağırsaqdakı problemləri aradan qaldırır.

3. Su için. Nə şirə, nə spirtli içki, nə çay, nə qəhvə bunu əvəz edir.

4. Hərəkətdə olun. Təmiz havada gəzin, idman zalına gedin, qaçış xalçasından və fitnes hərəkətlərdən istifadə edin. Fitnes, pilates və ya krossfit - bu artıq sizin öz seçiminizdir".

Tel.:  (012) 440 91 99

Mob.: (055) 440 91 99

İnstaqram: @jv_fitness_

www.jvfitness.az