Nura ilə oğlu arasında nə baş verib?

Nura ilə oğlu arasında nə baş verib?
9039 dəfə oxunub
  • A-
  • A
  • A+
"Balaca oğlum David idman və musiqi ilə məşğul olur. Digər övladlarım da idmanla ciddi məşğul olurlar. Evdə özüm necəyəmsə, uşaqlarım da elə".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "Hüseynova bacıları" verilişində deyib. Sənətçi 3 oğlundan danışıb. O, böyük övladı ilə arasında yaşanan narazıçılığı etiraf edib:

"Oğlum magistraturanı Londonda bitirdi. Məşhur şirkətdə çalışır, Amerikada yaşayır. Ortancıl oğlum da oradadır. Mənim onların puluna ehtiyacım yoxdur. Hərdən hədiyyə alıb göndərir. Keçid dövründə aramızda problem oldu. Amma gəldi oturduq danışdıq. Hər şey yaxşıdır".