Dünya şöhrətli müğənni Şakira futbolçu Jerar Pike ilə artıq 10 ildir ki, münasibətdədir.

Axşam.az xəbər verir ki,bu yaxınlarda “60 minutes” verilişində qonaq olan ifaçı Pike ilə münasibətlərini qanuniləşdirmək istəmədiyini bildirib:

“Evlilikdən çox qorxuram. Mən istəmirəm ki, Pike mənə həyat yoldaşı kimi baxsın. İstəyirəm ki, mənə baxanda həmişə sevdiyi xanımı görsün. Onu formada saxlamaq və hər şeyin onun davranışından asılı olduğunu başa düşməsini istəyirəm".

Qeyd edək ki, bir müddət əvvək cütlüyün ayrılması ilə bağlı şayiələr yayılmışdı. Onların iki övladı var.



                 

Xəbər lenti