"Turistlər ötən il 4,3 milyard pul xərcləyib" - İlham Əliyev

"Turistlər ötən il 4,3 milyard pul xərcləyib" -  İlham Əliyev
405 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ötən il xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər”.

Axşam.az xəbər verir ki, bunu 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident “Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir” deyərək sözlərinə belə davam edib:

“Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nəğd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaq”.