Xalq artisti, tenor Yusif Eyvazovun erməni musiqiçi Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina etməsi ilə bağlı xəbər yayılmışdı.

Axşam.az-ın məlumatına görə, xəbəri yayan “Forumopera” saytı təkzib verib. Onlar yanlışlıq olduğunu, belə bir halın yaşanmadığını vurğulayıblar.

Erməni ifaçı Ruzan Mantaşyanın həmin gün çıxış etməməsinin onun milliyəti ilə heç bir əlaqəsinin olmadığı vurğulanıb.

"SemperOperaball"ın rəhbəri Hans-Yoahim Frey Ruzanla fevralın 7-də çıxış etməsi ilə bağlı heç bir rəsmi müqavilə imzalamadıqlarını deyib. "Eyni zamanda Yusif Eyvazov həmkarları ilə bağlı heç vaxt tələblər irəli sürməyib" deyə, o, açıqlamasında əlavə edib.

Yusif də məsələyə sosial şəbəkədə aydınlıq gətirib. "Dostlar, mən azərbaycanlıyam. Azərbaycanla Ermənistan arasında yaşanan mübahisədən xəbərdaram. Amma siyasi baxışlarım heç vaxt yaradıcılığıma və həmkarlarıma təsir edə bilməz. Dəfələrlə Böyük Teatrda Mariya Qulegino və Gevorg Akopyanla səhnədə olmuşam. Ona görə də hər xəbərə inanmayın" deyə, Yusif paylaşımında qeyd edib.



                 

Xəbər lenti