"Qış nağılı"ndan sonra pis vəziyyətə düşdüm" - Elməddin

"Qış nağılı"ndan sonra pis vəziyyətə düşdüm" -  Elməddin
2225 dəfə oxunub
  • A-
  • A
  • A+
"Qış nağılı" həyatımın ən ağır filmidir. 28 saat dayanmadan çəkilmişəm. Yemə, içmə, gəzmə - saatlarla kamera qarşısında qal. Ondan sonra beynim xarab oldu, pis vəziyyətə düşdüm. İki-üç gün yatmadım. Bunun nə demək olduğunu təsəvvür edin".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Üçümüz"verilişində deyib. O, rol aldığı "Qış nağılı"ndan bəhs edərkən, çəkdiyi çətinlikləri etiraf edib.

Elməddin daha sonra aparıcının "Ən imkanlı aktyor sənsən" sözlərinə belə reaksiya verib: 

"Bir ara çox filmlərə dəvət gəldi. Bütün filmlərdə mən və Fərda Xudaverdiyev çəkilirdi. Başladım təkliflərə "yox" deməyə. Amma yenə də ara kəsilmədi. Biri dost əli ilə, biri tanışlıqla filmə çəkilməyimi istəyirdi. Axırda elə bir məbləğ dedim ki, inanılmaz. Hollivudda aktyorlar bu məbləğə çəkilir. Dedim, pula ehtiyacım yoxdur, qonorar budur, verirsiz verin. Vermirsinizsə, çəkilmirəm".