Gözaltı qaralar üçün təbii vasitələr

Gözaltı qaralar üçün təbii vasitələr
3828 dəfə oxunub
  • A-
  • A
  • A+
Gözaltı qaralar ən çox rast gəlinən problemlərdən biridir. Kompüterdən istifadə, bəzi dərmanlar və ya kosmetik vasitələr, genetik faktor, stress, yorğunluq, dəmir azlığı və s. səbəblər bu nəticə ilə qarşılaşmağımıza səbəb olur.

Axşam.az gözaltı qaraların təbii vasitələr ilə yox olmasının yollarını təqdim edir.

Xiyar:

Bu tərəvəz dərini ağartmaq özəlliyinə sahibdir. Təzə xiyarı dilimləyib, yarım saat dondurucuya qoyun. Daha sonra göz ətrafında 5-10 dəqiqə saxlayın.

Dəmləmə çay paketləri:

Çobanyastığı və ya yaşıl çay paketlərini 5 dəqiqə gözünüzdə saxlayın. Bunu hər gün təkrar edin.

Arqan yağı:

Bu yağ göz ətrafındakı həssas dərini nəmləndirir. Yatmazdan əvvəl arqan yağı ilə gözaltını masaj edin. Daha sonra isə soyuq su ilə durulayın.

Kakos yağı:

Makiyajınızı mütləq şəkildə kakos yağı ilə təmizləyin.