"İlkin filmin pulunu xərcləyəndə elə demirdi"

"İlkin filmin pulunu xərcləyəndə elə demirdi"
7448 dəfə oxunub
  • A-
  • A
  • A+
"Komediya anlayışım bəsitdir. Tamaşaçı gülənə mən, mən gülənə tamaşaçı gülmür. Komediya mənim başım üçün deyil".

Axşam.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M. "Söhbətsiz" verilişində deyib. O, "Bozbash pictures" komandası ilə arasında yaşanan qalmaqaldan bəhs edib:

"Bozbash pictures"in ilk filmini çəkdim, bəyənilmədi. İkimizin də ilk filmi idi. Deyirdilər, bizi qınama, həmişə fotoaparat qabağında dayanıb danışmışıq. Rejissorla işləməmişik. Hamı da o filmdən pul qazandı. Sadəcə, mən o ekran işinə ruhumu qoymadım. İlkinin (aktyor İlkin Həsəni - red.) qızının ad günündə təbrik də yazmışdım. Kin saxlayan deyiləm. Aramızdakı davanın səbəbi İlkinin statusu olmuşdu. Xoşuma gəlmədi, qıcıqlandım. Nə sözün var zəng et. İradı statusda həll edəcək yaşda deyilik. 7 ildən sonra irad bildirmək anlamsız idi. Filmin pulunu xərcləyəndə heç kim nəsə demirdi".

Kənan klip çəkməməsinin səbəblərindən söz açıb:

"Klip bir tramplin idi. Amma yaxşı pul verən olsa, çəkərəm. Darıxmışam o iş üçün. Bir vaxtlar subay idim, evim yox idi, özümü ucuz satırdım. İndi yox, klipi ucuz çəkmərəm".

Sənətçi daha Türkiyədə seriala çəkilməyəcəyini açıqlayıb:

"Ailəmdən ayrı qalıram. Amma filmə gedib çəkiləcəm. Hətta ssenari gəlib, oxuyuram. Özüm də Azərbaycanda serial çəkəcəm. Səviyyəsiz filmlərin cənazə namazını qılacam. Bizim serialların çoxu divanda oturub, danışan başlardan ibarətdir".