Üç gün sonra bal ayı - Fotolar

Üç gün sonra bal ayı - Fotolar
1652 dəfə oxunub
  • A-
  • A
  • A+

13 yanvarda sadə bir mərasimlə evlənən türkiyəli müğənni Sıla həyat yoldaşı Hazer Amani ilə bal ayına yollanıb.

Axşam.az xəbər verir ki, cütlük Romaya gedərkən hava limanında görüntülənib.

“Ailə üzvlərimiz və yaxınlarla birlikdə toy etdik, indi isə qısa tətil üçün Romaya gedirik. Dostlarımızla görüşüb istirahət edəcəyik” deyə, onlar bildirib.

Qeyd edək ki, Hazerlə Sılanın münasibəti ötən ildən başlanıb. Onlar ilk dəfə birlikdə avtomobildə görüntülənmişdilər.