Bredli Kuper məşhur aktrisa ilə sevgilidir - Fotolar

Bredli Kuper məşhur aktrisa ilə sevgilidir -  Fotolar
1758 dəfə oxunub
  • A-
  • A
  • A+
Rus model İrina Şeykdən ötən ilin iyununda ayrılan aktyor Bredli Kuperin yeni münasibətə başladığı deyilir.

Axşam.az xəbər verir ki, onun yeni sevgilisi, 2016-cı ildə “Silahlı oğlanlar” filmində birlikdə çəkildiyi aktrisa Ana de Armasdır.

Cütlük bu yaxınlarda Los-Ancelesdəki otellərin birində keçirilən tədbirdə uzun müddət söhbət edib, deyib-gülüblər. Onlar gecənin sonunda, məkanın arxa qapısından çıxıb və yolboyu qucaqlaşıblar.

Qeyd edək k, vətəndaş nikahında yaşayan modellə aktyorun ayrılığına səbəb, İrinanın evlənmək istəməsi, Bredlinin isə buna qarşı çıxması olmuşdu. Onların bir qız övladı da var.