“Ana və Oğul” İtaliyanın film festivalında

“Ana və Oğul” İtaliyanın film festivalında
603 dəfə oxunub
  • A-
  • A
  • A+
İtalyanın Triest şəhərində 31-ci “Triest Film Festival”ı keçirilir.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, yanvarın 17-dən 23-dək reallaşacaq festival görkəmli rejissor Federiko Fellininin xatirəsinə həsr olunub.

Bu dəfəki festivalın üçüncü günündə azərbaycanlı rejissor Hilal Baydarovun yeni tammetrajlı filmi - “Ana və Oğul” da nümayiş etdiriləcək.

Film kənddə yaşayan ananın 8 illik ayrılıqdan sonra oğlu ilə görüşməsi və bu fonda baş verən hadisələr barədədir. Yeknəsəq kənd həyatı içində ana və oğulun münasibətlərindəki fəlsəfə, şəxsi anlaşılmazlıq, özünüironiya filmin əsas qayəsini təşkil edir.

Festivalda 11 italyan filmi ilə yanaşı, həm də digər Avropa ölkələrinin istehsalı olan onlarla filmin nümayişi nəzərdə tutulub.