Vyana Ştraus Festival Orkestri növbəti dəfə Bakıda

Vyana Ştraus Festival Orkestri növbəti dəfə Bakıda
302 dəfə oxunub
  • A-
  • A
  • A+

2020-ci il fevralın 8-də Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək.

Axşam.az xəbər verir ki, dünya şöhrətli kollektiv bununla Heydər Əliyev Mərkəzində dördüncü dəfə çıxış edəcək.

Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə olacaq. Proqramda dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohann Ştrausun, həmçinin digər Vyana klassiklərinin əsərləri təqdim ediləcək.

Xatırladaq ki, 2014, 2016 və 2018-ci illərdə təşkil olunan konsertlərin hər biri anşlaqla keçib.