"Başdan-ayağa biabırçılıqdır"

"Başdan-ayağa biabırçılıqdır"
2536 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Firuzə İbadova İnstaqramda heç bir profili olmadığını deyib.

Axşam.az xəbər verir ki, müğənni "X maqazin"ə açıqlamasında mənfi rəyləri oxumamaq üçün sosial şəbəkələrdən uzaq gəzdiyini bildirib: 

"İstəmirəm, şərhləri də görmürəm. Bir də görürsən sənəti böyük olan biri haqda elə şey tapıb yazırlar ki... Altından da kimlər nə gəldi yazır. Belə insanlar bizim xalqın nümayəndəsi ola bilməz. Məni istəyən özümə, dostlarıma zəng vurub tapırlar".

F.İbadova oxunan bayağı mahnılardan söz açıb:

"Kimin ağlına nə gəldi oxuyur. Qəzəl, musiqi, rəng, təsnif yoxdur. Başdan-ayağa biabırçılıq, bayağılıqdır".

Müğənni özü ilə bağlı bir etiraf da edib. O bildirib ki, ətir adları bilmir:

"Mütləq lazımdır ətirləri bilmək. Mənim eyibimdir, bilmirəm".