"Bunu sizə bağışlamayacam" - Dəniz Səki

"Bunu sizə bağışlamayacam" - Dəniz Səki
1911 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Dəniz Səki kilosu ilə bağlı danışanlara qəzəblənib.

Axşam.az xəbər verir ki, ifaçı həmkarı Simgenin konsertində iştirak etdikdən sonra sosial şəbəkələrdə “Dəniz yenidən kökəlib” sözlərini yazıblar.

Bundan sonra sənətçi "Facebook" hesabından həmin yazılara cavab verib:

"Dünyanın ən güclü, ən gözəl qadınlarından biri mənəm. Bilirsiniz niyə bu qədər özümdən razıyam? Siz məni çirkinləşdiridiyiniz üçün. Əsas odur ki, ürəyim gözəldir. 25 ilimi bu sənətə vermişəm. Siz isə "Səki kökəldi" xəbərini yazırsınız. Qadınıq biz. Kökələ də bilərik, arıqlaya da. Xəstə vaxtı mənə bunları yazdırdığınız üçün sizi bağışlamayacam".