Ariana Qrande plagiatlıqda günahlandırılır - Video

Ariana Qrande plagiatlıqda günahlandırılır -  Video
1188 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Ariana Qrande plagiatlıqda günahlandırılır.

Axşam.az xəbər verir ki, bu iddianı “DOT” ləqəbi ilə tanınan repçi Coş Stoun irəli sürüb.

Onun sözlərinə görə, Ariananın ifa etdiyi “7 Rings” mahnısının bir hissəsi iki il əvvəl oxuduğu “You need it, İ got it” bəstəsindən götürülüb.

Məhkəməyə müraciət edən Coş ona təzminat ödənməsini və mahnının gələcəkdə səsləndirilməməsini tələb edir.

Qeyd edək ki, sözügedən bəstə bu il keçiriləcək “Grammy” mükafatları sırasında 2 nominasiya üzrə namizəddir.