"Bu şəklə baxanda adamın ürəyi parça-parça olur"

"Bu şəklə baxanda adamın ürəyi parça-parça olur"
3755 dəfə oxunub
  • A-
  • A
  • A+
"1990-cı illərdə saqqal saxlamaq qətiyyən dəb deyildi. Şəkildə gördüyünüz Azərbaycanın qəhramanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Xalid Quliyevdir. 20 Yanvar şəhidlərinin yasını tuturdu".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Mərhum həyat yoldaşı Xalid Quliyevlə foto paylaşan müğənni bunları əlavə edib:

"Bu şəkil çəkiləndə məni və qardaşını dostunun toyuna aparmışdı. Nə qədər israr etsəm də, həmin gün toya bu cür getdi. Onu düz deyirlər, niyyətin hara, mənzilin də ora. Hər dəfə bu şəklə baxanda adamın ürəyi parça-parça olur. 

O dövrdəki oğlanlar başqa idi. İndiki gənclər məndən inciməsin. O dövrdəki oğlanlar başqalarından ötrü canlarını fəda edirdilər. Necə ki, Xalid etdi. İlk sevgisini də mənə Xalid şəhidlərin 40 günündə açmışdı. Sanki hər şeyi özü bilirdi. Ən ağrılısı da odur ki, özü indi mənə göstərdiyi Şəhidlər xiyabanında üçüncü sırada yatır".