Metrolarda qatarlar 1 dəqiqə dayandırılacaq

Metrolarda qatarlar 1 dəqiqə dayandırılacaq
1012 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakı metrosunda qatarlar stansiyalarda dayandırılacaq.

“Bakı Metropoliteni” QSC-dən Axşam.az-a bildirilib ki, bu, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar xüsusi tədbirlər planını təsdiqlənərək həyata keçirilir.

Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyası bu gün matəm ovqatında tərtib olunub.

Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə verilir.

Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarlar stansiyalarda dayandırılacaq və 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək.