20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar Nizami Kino Mərkəzi repertuarında dəyişikliklər edib.

Axşam.az xəbər verir ki, mərkəzdə komediya filmlərinin nümayişi dayandırılıb. Həmçinin, kinomərkəz, məlum hadisələri əks etdirən, Ramiz Fətəliyevin ssenarisi əsasında rejissor Nizami Abbasın çəkdiyi "Silahdaşlar" filminin
nümayişini repertuara daxil edib.

Seanslar saat 14-30 və 15-30-da keçiriləcək. Filmə giriş sərbəstdir.



                 

Xəbər lenti