Azərbaycanlı fotoqrafın anası qəzada öldü

Azərbaycanlı fotoqrafın anası qəzada öldü
2495 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb

Axşam.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1955-ci il təvəllüdlü Məcnunova Peykar Qubad qızı yolu keçərkən onu “QAZel” markalı yük avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs tanınmış fotoqraf Səfiyar Məcnunun anasıdır.