Akademik Musiqili Teatrda “İstintaq”

Akademik Musiqili Teatrda “İstintaq”
719 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda, bəstəkar Ceyhun Allahverdiyev və libretto müəllifi Pərviz Seyidlinin “İstintaq” əsərini təqdim etməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, tamaşada xalqımızın vətənpərvər ruhlu aydınları tərəfindən 1906-cı ildə yaradılmış “Difai” təşkilatının fəaliyyətindən və həmin dövrün hadisələri fonunda bolşevizmin zülmünə məruz qalan, mühacirət həyatı yaşayan ən fəal difaiçilərdən biri Nağı bəy Şeyxzamanlının xanımı Səlimə xanımın represiya illərində çəkdiyi iztirablarından bəhs edilir.

Tamaşada Xalq artisti Afaq Bəşirqızı Səlimə xanım obrazını canlandıracaq. Həmçinin, səhnə əsərində Əməkdar artist Şövqi Hüseynov, Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, orkestr, xor və balet artistləri də iştirak edəcəklər.

Əsərin quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi Əməkdar artist Emin Əliyevdir.