2 milyon azərbaycanlı bu ölkəni seçib

2 milyon azərbaycanlı bu ölkəni seçib
2285 dəfə oxunub
  • A-
  • A
  • A+

2019-cu ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 12% artaraq 2 milyon 15 min 435 nəfərə çatıb.

Axşam.az report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin illik hesabatında deyilir.

Bu göstərici ilə Azərbaycan hesabat ilində Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub. 2018-ci ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı isə 1 milyon 807 min 185 nəfər təşkil edib.

Hesabat dövründə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan ərazisinə 1 milyon 988 min 986 dəfə giriş, 1 milyon 989 min 109 dəfə çıxış qeyd alınıb. “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsi Gürcüstanın ən aktiv ikinci sərhəd-keçid məntəqəsi olub.