15 milyonluq brilyantları ilə tədbirə gəldi - Fotolar

15 milyonluq brilyantları ilə tədbirə gəldi -  Fotolar
2936 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni-aktrisa Cennifer Lopez sevgilisi Aleks Rodrigez ilə birlikdə ABŞ-da keçirilən “SAG Awards-2020” mükafatlandırma mərasiminə qatılıb.

Axşam.az xəbər verir ki, 50 yaşlı sənətçi gecədə xüsusi diqqət çəkib.

Belə ki, çiyinləri və kürəyiaçıq qara rəngli atlas paltar geyinən ulduz zinət əşyaları ilə hər kəsin gözünü qamaşdırıb.

Cey Lonun tədbir üçün taxdığı brilyant boyunbağı, sırğa və qolbağının ümumi dəyəri 9 milyon dollar (təxminən 15 milyon 300 min manat) olduğu deyilir.