“Harpers Bazaar” Bakıda çəkilişlər etdi - Foto + Video

“Harpers Bazaar” Bakıda çəkilişlər etdi - Foto + Video
2618 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur “Harpers Bazaar” dərgisinin Hindistan buraxılışı Azərbaycanda çəkiliş edib.

Axşam.az xəbər verir ki, onlar Heydər Əliyev mərkəzində foto və videolar ərsəyə gətirib.

Kamera qarşısına keçən hindistanlı model Agraj Jain qırmızı libasla binanın içərisində və çölündə pozlar verib.

Sözügedən görüntülər jurnalın yanvar-fevral buraxılışı üçün nəzərdə tutulub və sosial şəbəkədə paylaşılıb.